“Avropalılar Rusiya ilə müharibəni aparmağa qadir deyillər”
https://azeri.sahartv.ir/news/qafqaz-i421786-avropalılar_rusiya_ilə_müharibəni_aparmağa_qadir_deyillər
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev Avropa dövlətlərinə sərt şəkildə xəbərdarlıq edib.
(last modified 2025-09-30T07:17:15+00:00 )
Sen 30, 2025 11:16 Asia/Baku
  • “Avropalılar Rusiya ilə müharibəni aparmağa qadir deyillər”

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev Avropa dövlətlərinə sərt şəkildə xəbərdarlıq edib.

Medvedyev bildirib ki, Avropa Rusiya ilə müharibə aparmaq iqtidarında deyil. Lakin əgər Avropa liderləri belə bir səhvə yol versələr, bu münaqişə kütləvi qırğın silahlarının da istifadə oluna biləcəyi toqquşmaya çevrilə bilər.

Rusiyanın sabiq prezidenti “Telegram” kanalında yazıb ki, Rusiyanın belə bir müharibəyə ehtiyacı yoxdur, o cümlədən “soyuq, qoca Avropa” ilə də.

“Onlar sadəcə olaraq Rusiya ilə müharibəni aparmağa qadir deyillər,” – deyə Medvedyev qeyd edib ki, belə bir qarşıdurmanın kütləvi qırğın silahlarının istifadə olunacağı müharibəyə çevrilmə riski tamamilə realdır.