Okt 01, 2025 14:09 Asia/Baku
  • Rusiya hərbi bazası Ermənistandan çıxarılmayacaq

Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri Sergey Kopırkin bəyan edib ki, Rusiyanın 102-ci hərbi bazasının çıxarılması məsələsi gündəmdə deyil.

Səfir “Syunyats yerkir” qəzetinə müsahibəsində qeyd edib ki, Ermənistan tərəfi də bunu bütün səviyyələrdə açıq şəkildə bəyan edib.Rusiyanın hərbi mövcudluğu Ermənistanın təhlükəsizlik sisteminin mühüm sütunu və regional sabitliyin mühüm amili olaraq qalır.

O xatırladıb ki, “Rusiyanın Ermənistanda hərbi mövcudluğu haqqında” saziş ilkin olaraq 1995-ci il martın 16-da Moskvada 25 il müddətinə imzalanıb və avtomatik olaraq hər beş ildən bir uzadılıb. Daha sonra, 2010-cu ildə iki ölkə İrəvanda sənədə əlavə protokol imzalayıblar ki, bu da Rusiya silahlı qüvvələrinin bölmələrinin Ermənistanda yerləşdirilməsinin müddətini 2044-cü ilə qədər uzadıb.