Okt 07, 2025 17:03 Asia/Baku
  • Rusiyada xəzəryanı ölkələrin dəniz qüvvələri komandanlarının iclası keçirilir

Xəzər dənizi ətrafındakı ölkələrin dəniz qüvvələri komandanlarının iclası bu gün, Rusiyanın Sankt-Peterburq şəhərində işə başlayıb. İclasa, Rusiya ordusunun dəniz qoşunlarının komandanı ev sahibliyi edir.

İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı, iclasın açılış mərasimində bildiribdir ki, xəzəryanı ölkələr bu dənizlə əlaqədar sahələrdə çox yaxşı münastibətlər tərif ediblər.

O, deyib: Xəzər dənizi İran, Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan Respublikası da daxil olmaqla, yalnız beş sahilyanı ölkəyə aiddir və onun problemləri də məhz bu beş ölkə tərəfindən həll ediləcəkdir.

Kontr-admiral Şəhram İrani vurğulayıb ki: Xəzər dənizində regiondankənar güclərə yer yoxdur və xəzəryanı ölkələr onlara əzələ nümayiş etdirmək icazəsi verməyəcəklər.

Xəzəryanı ölkələrin özləri bu dəniz üçün qərar çıxaracaqlar-deyə, İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı qeyd edib.