Xəzər dənizi üzrə Hərtərəfli Strateji Əməkdaşlıq Sənədi imzalanıb
Xəzəryanı ölkələrin hərbi dəniz qüvvələrinin komandanları Xəzər dənizi üzrə Hərtərəfli Strateji Əməkdaşlıq Sənədi imzalayıblar.
Sankt-Peterburqda keçirilən Xəzəryanı ölkələrin hərbi dəniz qüvvələri komandanlarının iclasının yekununda İran İslam Respublikası, Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycan Respublikasının komandanları davamlı təhlükəsizliyin möhkəmləndirilməsi və xarici güclərin müdaxiləsinin qarşısının alınması məqsədilə Xəzər dənizi üzrə hərtərəfli strateji əməkdaşlıq sənədi imzalayıblar.
Sənəd sahilyanı ölkələrin yüksək səviyyəli rəsmilərinin iradəsinə uyğun olaraq, Xəzər dənizində çoxtərəfli münasibətlərin gücləndirilməsi, xüsusilə də davamlı təhlükəsizliyin təmin edilməsi məqsədilə hazırlanıb və təsdiqlənib.
Razılaşmanın müddəalarına əsasən, heç bir xarici ölkənin və ya regiondan kənar gücün Xəzər dənizi ilə bağlı məsələlərə müdaxilə etmək icazəsi olmayacaq. Sahilyanı ölkələrin hərbi dəniz qüvvələrinin komandanları bu su hövzəsinin yalnız beş sahilyanı ölkəyə məxsus olduğunu vurğulayaraq, bildiriblər ki, Xəzər dənizinin təhlükəsizliyi və bununla bağlı məsələlər yalnız sahilyanı ölkələrin qərarları ilə tənzimlənəcək.
Bu sənədin imzalanması Xəzər dənizində regional əməkdaşlığın gücləndirilməsi və sabitliyin və təhlükəsizliyin qorunması istiqamətində mühüm addım hesab olunur.