Ermənistanın sabiq prezidenti hökuməti səriştəsizlikdə ittiham etdi
Koçaryan: Zəmanət olmadan sülh sazişi sadəcə kağızdır!
Ermənistanın sabiq prezidenti Robert Koçaryan baş nazir Nikol Paşinyanın hökumətini Azərbaycan qarşısında həddindən artıq güzəştlərə getməkdə ittiham edib.
Koçaryan bildirib ki, Ermənistan böyük geosiyasi oyunda topa çevrilib.
Eks prezident xəbərdarlıq edib ki, ABŞ-ın Ermənistan–İran sərhədi yaxınlığında iştirakı Tehran üçün həssas məsələ ola bilər və regionda riskləri artırar.
O, layihənin dəyərinin şişirdildiyini deyərək qeyd edib ki, avtomobil yolu cəmi 43 milyon dollara başa gələ bilər və mövcud dəmir yollarını ehtiyat fondları hesabına bərpa etmək mümkündür.
Robert Koçaryanın fikrincə, Tramp Marşrutu əsasən Türkiyə, Azərbaycan və İsrailin maraqlarına xidmət edir, çünki imzalanan sənəddə Ermənistanın nəzarət imkanlarını ciddi şəkildə məhdudlaşdıran müddəalar var və bu cür bəndlər Ermənistanın təsir dairəsini demək olar ki, sıfıra endirir.