May 25, 2015 12:05 Asia/Baku
  • İŞİD Suriyanın Palmira şəhərində 217 nəfəri  edam edib
    İŞİD Suriyanın Palmira şəhərində 217 nəfəri edam edib

Son 9 gün ərzində İŞİD silahlıları Suriyanın Palmira şəhərində və onun ətrafında 217 nəfəri edam ediblər.

Beynəlxalq Səhər Kanalının APA-ya istinadən verdiyi məlumata görə, terrorçular 14 uşaq və 12 qadın daxil olmaqla, 67 dinc sakini qətlə yetiriblər.

Həmçinin Suriya ordusunun 150 əsgəri edam olunub.

Bir nəçə nəfərin başı kəsilib, digərləri isə odlu silahdan, yaxud da bıçaqla xəsarətlər yetirilməklə, qətlə yetirilib.

Suriya dövlət telekanalının məlumatında isə bildirilir ki, Palmira şəhərinin küçələrində yüzlərlə meyit var. Ölənlərin əksəriyyəti qadın və uşaqlardır.

Teqlər