Cisrül-Şğura baxan yüksəkliklər Suriya ordusu və Hizbullahın nəzarəti altına keçdi
May 25, 2015 20:39 Asia/Baku
-
Cisrül-Şğura baxan yüksəkliklər Suriya ordusu və Hizbullahın nəzarəti altına keçdi
Suriyanın İdlib vilayətində yerləşən Cisrül-Şğur şəhərinə baxan strateji əhəmiyyətli yüksəkliklər Suriya ordusu və Livan Hizbullahı qüvvələrinin nəzarəti altına keçib. Beləliklə, yaxın gələcəkdə şəhərin azad edilməsi əməliyyatına başlamaq üçün lazımi hazırlıq yaranmış olub.
Fars Xəbər Agentliyinin məlumatına görə, Cisrül-Şğur xəstəxanasının mühasirəsini yardıqdan və xəstəxanada mühasirəyə düşən Suriya hərbçilərini oradan çıxartdıqdan sonra, Suriya ordusunun Hava Qüvvələri artilleriya dəstəyi ilə Ənnüsrə Cəbhəsinin mövqelərini hədəfə almağı bacarıblar.Bu hücumlar zamanı onlarla terrorçu o cümlədən bir neçə terrorçu dəstə başçısı öldürülüb.
Mühasirə halqasının yarılması ilə Ənnüsrə Cəbhəsi terror qruplaşması şəhərin ətrafındakı mövqelərinə və terrorçuların yerləşdirilməsi formasına dəyişiklik edərək, hücum mövqeyindən müdafiə mövqeyinə keçiblər.
Suriya ordusu Livan Hizbullahı qüvvələrinin dəstəyi ilə strateji əhəmiyyətli əməliyyat zamanı, ağır döyüşlərin ardınca Cisrül-Şğur şəhərinə baxan strateji əhəmiyyətli 6 təpənin 5-nə nəzarəti təmin edə biliblər. Strateji əhəmiyyətli Cisrül-Şğur şəhəri İdlibin şimalında yerləşir və şəhərə baxan 6 təpədən 5-nə nəzarətin təmin edilməsi bu şəhərin azad edilməsi əməliyyatına hazırlıq sayılır.