Suriyaya məxsus döyüş təyyarələri 140-dan çox İŞİD terrorçusunu məhv edib
May 27, 2015 09:25 Asia/Baku
-
Suriya qırıcıları 140 terrorçunu məhv edib
Suriya hərbi-hava qüvvələri İŞİD terror qruplaşmasının Rakka şəhərindəki bazalarına zərbələr endirib.
Beynəlxalq Səhər Kanalının APA-ya istinadən verdiyi xəbərə görə, hərbçilər terrorçulara Tabaka şəhərində hərbi bazanın yaxınlığında hücum ediblər. Qeyd edək k, İŞİD terrorçuları şiddətli döyüşlərdən sonra keçən ilin sentyabrında hərbi aerodromu zəbt ediblər.Rakka şəhəri Suriyada İŞİD-in əsas bazası və mərkəzi qərargahı hesab olunur.