Səlahəddinin Seyid Qərib məntəqəsi azad olundu
May 28, 2015 17:56 Asia/Baku
-
Səlahəddinin Seyid Qərib məntəqəsi
İraq ordusu və xalq qüvvələrinin müştərək əməliyyat komandanlığı Səlahəddin vilayətinin Seyid Qərib bölgəsinin İŞİD terrorçularının işğalından azad olunduğunu bildirib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İraq ordusu və xalq qüvvələrinin müştərək əməliyyat komandanlığı bir bəyanat yayaraq bildirib ki, bu lkə ordusu və xalq qüvvələrinin əməliyyatının davamında Bağdad istiqamətində Samirranın 50 km-liyində yerləşən strateji Seyid Qərib bölgəsi ağır döyüşlərdən sonra İŞİD terrorçularından təmizlənib. İraq Müdafiə Nazirliyi bu gün bir bəyanat verərək bildirmişdi ki, ordunun Samirra şəhərinin ətrafında hava hücumları nəticəsində 12 terrorçu öldürülüb. Məhz bu bəyanatın ardınca strateji Seyid Qərib məntəqəsi azad olunub.Teqlər