May 31, 2015 10:25 Asia/Baku
  • Koalisiyanın hava hücumlarının qurbanları - sivillər
    Koalisiyanın hava hücumlarının qurbanları - sivillər

İŞİD əleyhinə beynəlxalq koalisiya qüvvələrinin İraqın Neynəva vilayətində, Mosul şəhərinin şərqinə olan hava hücumları zamanı bir ailənin üzvü olan 11 nəfər həyatını itirib.

Beynəlxalq Səhər Kanalının məlumatına görə, məntəqə sakinləri və hadisə şahidləri bildirirlər ki, beynəlxalq koalisiya İraqın şimal və qərbində İŞİD-in mövqelərinə qarşı hücumlarının davamında bir daha "səhvən" yaşayış məntəqəsini bombalayıb. Mosulun şərqində yerləşən Məşraq məhəlləsinin bombalanması nəticəsində bir ailənin üzvü olduğu bildirilən 11 nəfərin həyatını itirdiyi bildirilir. Ölənlər arasında 4 qadın və 2 uşaq da var.
Yerli sakinlər bildirirlər ki, şənbə günü koalisiya qüvvələri tərəfindən həyata keçirilən hücumlarda yaşayış massivi və sivil vətəndaşlar hədəfə alınıblar. Bu hadisədə bir qrup insan da yaralanıb.

Teqlər