May 31, 2015 16:28 Asia/Baku
  • Samirranın cənub-qərbində 8 məntəqə İŞİD-in işğalından azad edildi
    Samirranın cənub-qərbində 8 məntəqə İŞİD-in işğalından azad edildi

İraqın təhlükəsizlik qüvvələri Samirranın cənub-qərbində 8 məntəqənin İŞİD-in işğalından azad edildiyini bildirib.

Beynəlxalq Səhər Kanalının məlumatına görə, İraqın Müdafiə Nazirliyi bir bəyanat yayaraq, bildirib: Təhlükəsizlik və xalq qüvvələri İraq ordusu Hava Qüvvələrinin dəstəyi ilə Səmilat, Kəsarat, Qərsabiyyə, Buşələş, Əmanə, Ümmü Təlaib, Busail və Təl-Fərənsi məntəqələrini azad ediblər. Bu bəyanatda deyilir: Təhlükəsizlik və xalq qüvvələri artıq Nəbai və əl-Layin məntəqələrinə çatıblar. Düşmənə ağır zərbələr endirilib. Bu arada xalq qüvvələrinə bağlı informasiya qaynaqları Əssiniyyə məntəqəsində ağır döyüşlərin getdiyini bildiriblər. Bu məlumata görə, Səlahəddin vilayətinin şimalında gedən bu döyüşlərdə İŞİD-in ön cəbhəsi artıq yarılıb.

Teqlər