Türkiyə baş naziri: Kürdlərin aksiyasında partlayış təxribatçı hərəkətdir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194580-türkiyə_baş_naziri_kürdlərin_aksiyasında_partlayış_təxribatçı_hərəkətdir
Türkiyə baş naziri bildirib ki, parlament seçkiləri ərəfəsində iki nəfərin həlak olması ilə nəticələnən bir kürd partiyasının aksiyasında iki partlayışın baş verməsi təxribatçı və təhrikedici hərəkətdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 06, 2015 15:32 Asia/Baku
  • Davudoğlu diyarbəkir partlayışını təxribat adlandırıb
    Davudoğlu diyarbəkir partlayışını təxribat adlandırıb

Türkiyə baş naziri bildirib ki, parlament seçkiləri ərəfəsində iki nəfərin həlak olması ilə nəticələnən bir kürd partiyasının aksiyasında iki partlayışın baş verməsi təxribatçı və təhrikedici hərəkətdir.

Səhər Beynəlxalq Televiziyasının Associated Pressə istinadla verdiyi məlumata görə, Türkiyə parlament seçkilərinin sabah keçiriləcəyi və seçkilərin taleyinin həll olunması və hakim partiyanın qələbə çalmasında kürdlərin iştirakının önəmli rolu olduğu bir halda Xalqların Demokratik Partiyası tərəfdarlarının aksiyasında 2 partlayışın baş verməsi bu seçkiləri təsir altına aldı.
Rəsmi Ankara hələlik cümə günü baş verən iki partlayışın bomba nəticəsində olduğunu təsdiqləməyiblər. Lakin Doğan Xəbər Agentliyi xəbər mənbəyinə toxunmadan bildirib ki, bu partlayışın əsas səbəbi qaz kapsulasının partlaması olub.
Türkiyə baş naziri Əhməd Davudoğlu da bildirib ki, kürdlərin aksiyasında bu partlayışların baş verməsi təxribatçı və təhrikedici hərəkət olmuşdur.
O bir qrup və yaxud xüsusi şəxsləri bu partlayışda suçlamayıb.
Bu hadisə nəticəsində təxminən 100 nəfər yaralanıb və iki nəfər də həlak olub.
Türiyənin əlaqədar qurumları da bildiriblər ki, bu 2 partlayış ir bombanın partladılması nəticəsində baş verib.