İşğal olunmuş Fələstinin cənubuna 2 raket atıldı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194595-İşğal_olunmuş_fələstinin_cənubuna_2_raket_atıldı
İşğal olunmuş Fələstinin cənub bölgələrinə iki raketin atılması ardınca, bu bölgələrdə həyəcan siqnalı səsləndirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 07, 2015 05:27 Asia/Baku
  • İşğal olunmuş Fələstinin cənubuna 2 raket atılıb
    İşğal olunmuş Fələstinin cənubuna 2 raket atılıb

İşğal olunmuş Fələstinin cənub bölgələrinə iki raketin atılması ardınca, bu bölgələrdə həyəcan siqnalı səsləndirilib.

Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadlı məlumatına görə, sionist mediaların iddiasına görə, Qəzzə zolağından ən azı iki raket cənub şəhərciklərə atılıb.
Sionistlərin dediyinə görə, Dəmir Günbəz sistemi raketlərin sionist şəhərciklərə düşməsinə mane olub.
Təl-Əviv ötən gün Qəzzədə naməlum qrup tərəfindən atıldığı deyilən raketlərlə qarşılaşmaq bəhanəsi ilə Həmasın mövqelərini hədəfə almışdı. Sionistlər işğal olunmuş Fələstinin cənub hissələrində 2 Dəmir Günbəz sistemi quraşdırıblar.