Türkiyədə parlament seçkiləri başlayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194598-türkiyədə_parlament_seçkiləri_başlayıb
Türkiyə parlament seçkiləri bu gün yerli vaxtla saat 08:00-dən başlanıb. Türkiyənin əsas 4 partiyası 550 yeri əldə etmək üçün rəqabət aparırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 07, 2015 05:57 Asia/Baku
  • Türkiyədə parlament seçkiləri
    Türkiyədə parlament seçkiləri

Türkiyə parlament seçkiləri bu gün yerli vaxtla saat 08:00-dən başlanıb. Türkiyənin əsas 4 partiyası 550 yeri əldə etmək üçün rəqabət aparırlar.

Səhər Beynəlxalq Televiziyasının Təsnim Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, 7 iyun seçkiləri Ərdoğan üçün əsaslı əhəmiyyət kəsb edir. 4 il öncə onun partiyası səslərin təxminən 50%-ni əldə etdi. Lakin o əksəriyyət səsi toplaya bilməzsə, konstitusiyada dəyişikliklər edə və prezidentin səlahiyyətlərini artıra biləməyəcəkdir. Bugünkü seçkilər Türkiyədə 24-cü parlament seçkiləridir və 53 milyon, 765 min seçici 550 deputatı müəyyənləşdirəcək.
Konstitusiyada dəyişiklik və Türkiyəni parlament sistemindən prezident sisteminə keçirməyi düşünən Ərdoğan səslərin əksəriyyətini qazanmalıdır. 20 partiya seçkilərdə iştirak edir və 4 partiyanın parlamentdə iştirakı qazanmaq üstünlüyü vardır. Hazırda parlamentdə 3 partiya yerə malikdir. 13 il iqtidarda olan Ədalət və İnkişaf partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası. Xalqların Demokraktik Partiyası bu seçkilərdə təyinedici amildir. Bu partiya bir ildən azdır ki, səhnəyə daxil olub. Daha çox kürdlərin partiyası hesab olunur. Lakin sonralar müxalif qruplar arasından da çoxunu öz sıralarına qata bilmişdir. Sol cinah Ərdoğanla razılaşmayan və onu "sultan" adlandıran, yaxud onun dini mövqeyindən razı olmayan hər kəsi cəzb etmək istəyir.
Əgər bu partiya 10% səsi əldə edərsə, parlamentə daxil olacaq və AKP-nin səslərini özünə aid edəcək. AKP 45%-dən çox səsi toplayarsa, HDP parlamentə daxil ola bilməzsə, Ərdoğan konstitusiyanı dəyişdirə biləcək. Lakin müxaliflər xəbərdarlıq edirlər ki, əgər HDP səsvermədə saxtakarlığın olduğunu bildirərsə, etirazların baş qaldırması mümkündür.