Fələstində "İsrail" məhsullarına qarşı boykot kampaniyası
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194616-fələstində_İsrail_məhsullarına_qarşı_boykot_kampaniyası
Fələstinli qadınlar bir kampaniya təşkil edərək, sionist rejim mallarının boykot edilməsini istəyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2015 06:32 Asia/Baku
  • Fələstində
    Fələstində "İsrail" məhsullarına qarşı boykot kampaniyası

Fələstinli qadınlar bir kampaniya təşkil edərək, sionist rejim mallarının boykot edilməsini istəyiblər.

Səhər kanalının Fələstin informasiya mərkəzinə istinadlı məlumatına görə, sionist rejim mallarını boykot edən qadınlar kampaniyası dünən İordan çayının qərb sahilində yerləşən Nablus şəhərində xüsusən mübarək Ramazan ayı ərəfəsində bu malların boykot edilməsini vurğulayıb.
Sionist rejim mallarını boykot edən qadınlar kampaniyası öz aksiyasında verdiyi şüarlarda sionist rejim mallarının boykot edilməsini milli vəzifə adlandırıb. Onlar fələstinli tacirlərdən də istəyiblər ki, sionist qəsəbələrdə istehsal olunan məhsulları fələstinli bazarlarına daxil etməsinlər.