İyun 11, 2015 08:57 Asia/Baku
  • Yəmən məsələləri araşdırılıb
    Yəmən məsələləri araşdırılıb

İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini Yəmənə qarşı hərbi əməliyyatın dayandırılması üçnü BMT-nin təsirli addımlar atmasını istəyib.

Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Hüseyn Əmir Abdullahian BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi İsmayıl Vələd Şeyx Əhmədlə telefon məsləhətləşməsində Səudiyyə Ərəbistanının Yəmənə qarşı hərbi hücumlarının davam etməsini pisləyib.
İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini mübarək Ramazan ayı ərəfəsində Ərəbistanın Yəmənə hücumlarının dayandırılması və Yəmən xalqın qarşı mühasirəyə son qoyulmasını istəyib.
İsmayıl Vələd Şeyx Əhməd də İran İslam Respublikasının dəstəyi və BMT ilə davamlı məsləhətləşmələrinə görə təşəkkürünü bildirərək Yəmənin şəraitini çətin və mürəkkəb adlandırıb.
BMT ba katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Yəməndə atəşkəsin bərqərar olunmaması və hərbi hərəkətlərin davam etməsindən nigaranlıq edərək Cenevrədə yəmənli qrupların danışıqlarının keçirilməsi üçün əldə olunan son koordinasiyaları açıqlayıb.

Teqlər