Türkiyənin Neynəvanın kənarlaşdırılmış valisini himayə etməsinin pərdəarxası
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194740-türkiyənin_neynəvanın_kənarlaşdırılmış_valisini_himayə_etməsinin_pərdəarxası
İraq parlamentində Bədr təşkilatı fraksiyasının rəhbəri ifşa edib ki, Türkiyə baş naziri İraqın siyasi rəhbərlərindən istəyib ki, Neynəvanın kənarlaşdırılmış valisi Əsil əl-Nəcifi 4 ay müddətinə öz vəzifəsində qalsın.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 11, 2015 09:09 Asia/Baku
  • Türkiyə Neynəva valisinin kənarlaşdırılmasını istəmirmiş
    Türkiyə Neynəva valisinin kənarlaşdırılmasını istəmirmiş

İraq parlamentində Bədr təşkilatı fraksiyasının rəhbəri ifşa edib ki, Türkiyə baş naziri İraqın siyasi rəhbərlərindən istəyib ki, Neynəvanın kənarlaşdırılmış valisi Əsil əl-Nəcifi 4 ay müddətinə öz vəzifəsində qalsın.

Səhər Beynəlxalq Televiziyasının əl-Aləm telekanalına istinadla verdiyi məlumata görə, Qasim əl-Əərəci İraqın Süməriyyə televiziyasının "Proqnoz edilməmiş" proqramında ifşa edib ki, Türkiyə baş naziri Əhməd Davudoğlu İraqın siyasi rəhbərlərindən Neynəva valisi Əsil əl-Nəcifini kənarlaşdırmamağı və onu dörd ay müddətinə bu vəzifədə saxlamalarını istəyib. Lakin əl-Nəcifi Türkiyənin istəyinin əksinə olaraq kənarlaşdırıldı.
Türkiyənin İraqın daxili məsələlərinə müdaxiləsini tənqid edən əl-Əərəci xəbərdarlıq edib: Nəcifilərdən birinin başçılığı ilə Mosul məntəqəsinin yaradılması mehvəri üzrə plan vardır.
Əsil əl-Nəcifi 2015-ci il 28 may tarixində deputatların səs çoxluğu ilə Neynəvanın valiliyindən kənarlaşdırıldı.