İraq beynəlxalq ictimaiyyətin nümayəndəsi olaraq İŞİD-lə döyüşür
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194757-İraq_beynəlxalq_ictimaiyyətin_nümayəndəsi_olaraq_İŞİd_lə_döyüşür
İraq xarici işlər naziri bu ölkənin beynəlxalq ictimaiyyətin nümayəndəsi olaraq İŞİD terror qruplaşması ilə mübarizədə olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 12, 2015 05:43 Asia/Baku
  • İraq beynəlxalq ictimaiyyəti nümayəndəsi kimi İŞİD-lə mübarizə aparır
    İraq beynəlxalq ictimaiyyəti nümayəndəsi kimi İŞİD-lə mübarizə aparır

İraq xarici işlər naziri bu ölkənin beynəlxalq ictimaiyyətin nümayəndəsi olaraq İŞİD terror qruplaşması ilə mübarizədə olduğunu bildirib.

Səhər Beynəlxalq Televiziyasının Təsnim Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, İraq xarici işlər naziri İbrahim əl-Cəfəri cümə axşamı günü bu ölkənin xalq könüllü qüvvələri ilə həmrəylik iclasında deyib: İraq qüvvələri və könüllü xalq qüvvələri beynəlxalq ictimaiyyətin nümayəndəsi olaraq İŞİD terror qruplaşması ilə mübarizə aparırlar.
İŞİD-lə müharibədə İraqın dəstəklənməsinin zəruriliyini bildirən İbrahim əl-Cəfəri əlavə edib: Xalq könüllü qüvvələri iraqlı milli qüvvələrdir ki, ölkənin və mərcəiyyətin səsinə səs verərək təşkil olunmuşlar.