İyun 12, 2015 10:32 Asia/Baku
  • İŞİD yüz iraqlını edam etdi
    İŞİD yüz iraqlını edam etdi

İŞİD terror qruplaşması bu ölkənin şimalında 100 iraqlını edam edib.

Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, İraqın şimalında Neynəva vilayəti əməliyyat komandanı Nəcm əl-Cəburi bildirib: İŞİD terror qruplaşması cümə axşamı günü Neynəva vilayəti sakinlərindən 100 nəfəri edam edib.
Bir neçə gün öncə də İŞİD terrorçuları əsasən İraqın təhlükəsizlik qüvvəsi olan öz girovlarından 130 nəfəri Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərinin cənubunda əl-Qəzlani hərbi bazasında edam etmişdilər.
Nəcm əl-Cəburi həmçinin deyib: Mosulun geri alınması əməliyyatının başlanmasının zamanı bəlli deyil. Lakin İŞİD-ə qəfil zərbə vurulacaq.
İŞİD terror qruplaşması ləğv edilmiş Bəəs partiyasının əməkdaşlığı, Ərəbistan və Türkiyə kimi bəzi region ölkələrinin dəstəyi və İraqın bəzi siyasi rəsmilərinin xəyanəti ilə 2014-cü il 10 iyunda Mosul şəhərini işğal etdi.

Teqlər