Bağdad partlayışında ən azı 10 nəfər həlak olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194867-bağdad_partlayışında_ən_azı_10_nəfər_həlak_olub
İraq paytaxtı Bağdad partlayışında ən azı 10 nəfər həlak olub
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 15, 2015 05:46 Asia/Baku
  • Bağdad partlayışında ən azı 10 nəfər həlak olub
    Bağdad partlayışında ən azı 10 nəfər həlak olub

İraq paytaxtı Bağdad partlayışında ən azı 10 nəfər həlak olub

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, bazar günü gecə İraq paytaxtı Bağdadın bazarında baş verən partlayışda ən azı 20 nəfər də yaralanıb.
İraq təhlükəsizlik mənbələri bildiriblər ki, Bağdadın bölgələrindən birində bomba quraşdırılmış avtomobil partladılıb və nəticədə onlarla mağaza və avtomobil yanıb və əmlaka ciddi ziyan dəyib. Hələlik heç bir şəxs və yaxud qrup bu partlayışın məsuliyyətini üzərinə götürməyib. Lakin İŞİD terror qruplaşması ötən aylarda İraqın müxtəlif yerlərində törədilən partlayışların məsuliyyətini üzərinə götürüb.
Bundan öncə də terror qruplaşmaları Səlahəddin vilayətinin tabeliyində olan Tikrit-Bici şose yolunda 4 bomba quraşdırılmış avtomobili partladıblar. Nəticədə 14 nəfər həlak olub.