Təl-Əbyəz şəhəri Suriya kürdlərinin nəzarətində
İyun 16, 2015 08:17 Asia/Baku
-
Təl-Əbyəz şəhəri Suriya kürdlərinin nəzarətində
Suriya kürdləri nəhayət Türkiyə ilə sərhəd yaxınlığında yerləşən Təl-Əbyəz şəhərinə tam nəzarəti ələ keçiriblər.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Suriya xəbər mənbələri bildiriblər ki, Suriya kürd müdafiəçiləri ölkənin şimal-şərqində Təl-Əbyəz şəhərinin ətrafında təkfirçi İŞİD terrorçuları ilə bir neçə gün ağır döyüşlərdən sonra bazar ertəsi günü günortadan sonra şərq və qərb istiqamətindən bu şəhərə daxil olub və ona tam nəzarəti ələ keçiriblər.Suriya kürd mübariz qüvvələri Təl-Əbyəz şəhərinə daxil olduqdan sonra Türkiyənin Ağçaqala şəhəri ilə Suriyanın Təl-Əbyəz şəhəri arasındakı sərhəd keçidini İŞİD terrorçularının nəzarətindən çıxarıblar.
Həmçinin Suriya kürd qüvvələri Təl-Əbyəzlə Riqqə şəhəri arasında təkfirçilərin əsas tədarük yolunu bağlayıblar.