Bəhreynlilər Ali-Xəlifəyə qarşı etirazların davam etdirilməsini vurğulayıblar
İyun 18, 2015 16:27 Asia/Baku
Xəbərlər bəhreynlilərin hələ də Bəhreyn xalqının tələbini görməməzliyə vuran və hər cür ciddi milli müzakirələri rədd edən hakim rejimə qarşı etirazların davam etməsini vurğulamalarından söz açır.
Ali-Xəlifə diktatura rejimi öz istibdab xislətinin davamında BMT insan haqları komissarının Bəhreyndə ciddi və əhatəli milli müzakirələrin keçirilməsinə dair tələbi ilə müxalifət edib.Bəhreyn rejiminin BMT-nin İnsan Haqları Şurasındakı nümayəndəsi Yusif Əbdulkərim Cenevrədə bu şuranın 29-cü iclasında deyib: Milli müzakirələr daxili məsələdir və İnsan Haqları Şurası bu məsələyə qarışmamalıdır.
Qeyd edək ki, BMT insan haqları komissarı Zeyd Rəəd Əlhusəyn Ali-Xəlifə diktatura rejimindən istəmişdi ki, bu ölkənin beşillik böhranına son qoymaq üçün müxaiflərlə əsl milli müzakirələrə girsin.
O, sonra deyib: Bəhreyndə sülh, sabitlik və çiçəklənmənin reallaşması dövlət ilə müxaliflərin önşərt olmadan real müzakirələrini tələb edir.
Bəhreyn 2011-ci ildən bəri xalq etirazlarının şahididir. Xalq siyasi islahatlar, qanun hökumətinin qurulması, azad və demokratik seçkilərin keçirilməsi və etnik və məzhəbi ayrı-seçkiliyin aradan götürülməsini istəyir. Amma Ali-Xəlifə hökuməti Ərəbistan hərbçiləri və "ada sipəri" qüvvələri formasında Bəhreyndə yerləşmiş Birləşmiş Ərəb Əmirlikləri(BƏƏ)-nin təhlükəsizlik məmurlarının köməyi ilə Bəhreyn xalqının etirazlarını kəskin tərzdə yatırdır. Lakin bu siyasətlər bəhreynlilərin Ali-Xəlifə qarşısında öz qiyamlarını davam etdirmək üzrə əzminə heç bir xələl gətirməyib. Bu üzdən, Bəhreyn son günlər xalqın hakim rejimə qarşı geniş aksiyalarının şahidi olub. Belə bir halda, siyasi fəallar, o sıradan Ali-Xəlifə məhbəslərindəki xalq rəhbərləri də xalqı hakim rejimə qarşı etirazları davam etdirməyə çağırıblar.
Bəhreyn xalqının günbəgün artan etirazları beynəlxalq səhnədə geniş rezonanslara səbəb olubdur, bu da Ali-Xəlifə rejimini geniş beynəlxalq tənqidlərlə üzləşdirib. Bu təndiqlərin dalğası həmin rejim qarşısında susmuş beynəlxalq hüquq təşkilatlarına da çəkilibdir və BMT-nin İnsan Haqları Şurasında Bəhreyndəki insan haqları durumu barədə məsələlərin qaldırılması bu çərçivədə dəyərləndiriləsidir. Belə bir şəraitdə ümumi fikrin təzyiqləri Ali-Xəlifə rejimini dəstəkləyən bəzi Qərb dövlətlərini də bu rejimin siyasətlərini tənqid etməyə məcbur edib. Bu da həmin rejimi dünya səviyyəsində daha çox təcrid edibdir.
Hər halda, Bəhreyn olayları prosesi Ali-Xəlifə rejiminin xalqın qiyamı qarşısında aciz qalması və bu uğursuzluqların daxili və xarici nəticələrindən ibarətdir və belə bir şəraitdə Bəhreyn xalqı bu istibdad rejimini yığışdırmaq və Bəhreyndə xalq demokratiyasına söykənən bir quruluş qurmaq istəyir.