Qərb Sahilində bir sionist məhv edildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195022-qərb_sahilində_bir_sionist_məhv_edildi
Fələstinlilər Qərb Sahilində həyata keçirdikləri bir əməliyyatda bir sionisti öldürüblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 20, 2015 04:51 Asia/Baku
  • Qərb Sahilində bir sionist məhv edildi
    Qərb Sahilində bir sionist məhv edildi

Fələstinlilər Qərb Sahilində həyata keçirdikləri bir əməliyyatda bir sionisti öldürüblər.

Fələstinin informasiya mərkəzinin verdiyi məlumata görə, cümə günü Ramallah şəhərinin qərbində bir qrup sionisti daşıyan bir avtomobilin fələstinlilərə məxsus bir avtomobilin sərnişinləri tərəfindən atəşə tutulması nəticəsində bir sionist ölüb, daha bir nəfər isə yaralanıb.
Hadisənin ardınca sionist rejim hərbçiləri fələstinlilərə məxsus avtomobili təqib etməyə çalışıblar. Amma, idarə etdikləri avtomobilin aşması nəticəsində bir neçə sionist hərbçi yaralanıb.
Bu əməliyyatın ardınca Fələstin İslam Müqaviməti Hərəkatı(Həmas) sözçüsü Hisam Bədran bir bəyanat yayıb. Bəyanatda deyilir: Əgər sionist düşmən elə təsəvvür edir ki, fələstinlilərə qarşı istənilən cinayəti törədə bilər və bu cinayətlər cavabsız qalacaq, yanılır.
Hisam Bədran həmçinin, sionistlərə qarşı mübarizənin davamına təkid edərək, əl-Əqsa Məscidi və fələstinli əsirlərə qarşı edilən hücumlar barədə İsrail rejiminə xəbərdarlıq edib.
Bu arada sionist rejim hərbçiləri Qərb Sahilində fələstinlilərin etiraz aksiyasına hücum edərək, bir neçə fələstinlini yaralayıb və həbs ediblər.