İraq olaylarının xronikası
İyun 20, 2015 14:06 Asia/Baku
-
Xalid Casim - Səlahəddin vilayətinin Təhlükəsizlik Komitəsinin sədr müavini
İraqda cərəyan edən hadisələr ordu və xalq qüvvələrinin yaxın gələcəkdə yeni qələbələr əldə edəcəyindən xəbər verir.
İraqın Səlahəddin vilayətinin Təhlükəsizlik Komitəsinin sədr müavini Səlahəddin vilayətinin terrorçuların işğalından tamamilə azad edilməsi gününün yaxın olduğunu bildirib və deyib: insanların öz evlərinə qaytarılması əməliyyatı tədrici şəkildə həyata keçirilməkdədir.Xalid Casim Səlahəddin vilayətinin yalnız Şərqat və Siniyyə məntəqələrinin terrorçuların nəzarəti altında olduğunu bildirərək, bu vilayətin İŞİD-in işğalından azad ediləcəyi günün yaxın olduğunu deyib.
X.Casim əlavə edib: İraqın təhlükəsizlik qüvvələri Şərqat sakinlərinə müraciət edərək, onlardan şəhəri tərk etmələrini istəyib ki, şəhərin terrorçulardan təmizlənməsi əməliyyatı təkmilləşdirilsin.
İraqın Səlahəddin vilayətinin Təhlükəsizlik Komitəsinin sədr müavini öz yaşayış yerindən didərgin düşmüş insanların evlərinə qaytarılması əməliyyatının da sadə bir iş olmadığını bildirib və deyib: Səlahəddin vilayətində öz evindən didərgin düşmüş insanların sayı 1.5 milyona yaxındır.
İraqın əl-Ənbar vilayətinin vilayət şurasının sədri də Rəmadi və Fəllucə şəhərlərinin İŞİD-in işğalından azad edilməsi üçün hazırlıq işlərinə başlandığını bildirib. Səbah Kərhut əlavə edib: hərbi əməliyyatların başlanmasını elan etmək səlahiyyəti ölkənin silahlı qüvvələrinin ali baş komandanı olaraq sadəcə baş nazir Heydər əl-İbadinin ixtiyarları daxiliindədir.
Digər tərəfdən əl-Ənbar vilayətinin vilayət şurasının üzvlərindən olan Şəlal əl-Həlbusi bildirib ki, İraqın təhlükəsizlik qüvvələri İŞİD-in işğalı altında olan bütün məntəqələri mühasirəyə alaraq, terrorçuların əlaqə yollarını kəsiblər.
Əl-Həlbusi əlavə edib: çoxlu sayda təlim keçmiş qüvvə əl-Ənbar hərbi bazalarında öz hərbi təlimlərini təkmilləşdiriblər və hazırda silah və hərbi sursat baxımından təchiz edilmələrini gözləyirlər. Daha sonra bu qüvvələr əl-Ənbar vilayətinin azad edilməsi əməliyyatında iştirak etmək üçün əməliyyat komandanlığı qüvvələri sırasına qatılacaqlar.
Xatırladaq ki, Əl-Ənbar vilayət şurası 3500 könüllünün hərbi təlimlərinin başa çatmasından xəbər verib.