Sənanın cənubunda məscidə qarşı qanlı hücum
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195070-sənanın_cənubunda_məscidə_qarşı_qanlı_hücum
Yəmənin paytaxtı Sənanın cənubunda bir məscidə qarşı hücumda bir qrup insan şəhid olub və yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 21, 2015 14:39 Asia/Baku
  • Sənanın cənubunda məscidə qarşı qanlı hücum
    Sənanın cənubunda məscidə qarşı qanlı hücum

Yəmənin paytaxtı Sənanın cənubunda bir məscidə qarşı hücumda bir qrup insan şəhid olub və yaralanıb.

İRİB-nin əl-Məsirə kanalına istinadla verdiyi məlumata görə, Səudiyyə qırıcıları Sənanın cənubunda bir məscidin yaxınlığında yerləşən bir yaşayış məntəqəsini ardıcıl olaraq 3 dəfə bombardman ediblər. Bu hücumlar zamanı bir qrup mülki şəhid olub və yaralanıb.
Yəmənin Ənsarullah hərəkatının siyasi şurası bir bəyanat yayaraq, mübarək Ramazan ayının ilk günlərində məscidlərə edilən hücumları və bir qrup günahsız insanın şəhid edilməsi və yaralanmasını pisləyib. Ənsarullah bu hücumlarda məqsədin ABŞ və sionist rejimin planlarını icra etmək adlandırıb.