Atəşkəs; Yəmənlə bağlı növbəti müzakirələr üçün vaci addım
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195087-atəşkəs_yəmənlə_bağlı_növbəti_müzakirələr_üçün_vaci_addım
BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi deyib: Yəmən böhranının həlli ilə bağlı növbəti müzakirələrin keçirilməsi üçün atəşkəsin bərqərar edilməsi zəruridir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 22, 2015 09:53 Asia/Baku
  • Atəşkəs; Yəmənlə bağlı növbəti müzakirələr üçün vaci addım
    Atəşkəs; Yəmənlə bağlı növbəti müzakirələr üçün vaci addım

BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi deyib: Yəmən böhranının həlli ilə bağlı növbəti müzakirələrin keçirilməsi üçün atəşkəsin bərqərar edilməsi zəruridir.

Yəmənin rəsmi xəbər agentliyinin verdiyi məlumata görə, BMT-nin Yəmən böhranının həll edilməsi üzrə xüsusi nümayəndəsi İsmail Vələd Şeyx Əhməd yəmənli tərəflər arasında müzakirələrin növbəti turunun təşkil edilməsi üçün atəşkəsi zəruri predmet adlandırıb və deyib: Cenevrədə yəmənli tərəflər arasında baş tutan ilk müzakirələr Yəmənlə bağlı növbəti iclas üçün bir növ baza hesab olunacaq.
İsmail Vələd Şeyx Əhməd Ramazan ayında müharibənin durdurulmasını zəruri adlandırıb və deyib: BMT-nin humanist qanunları qarşısındakı öhdəliyin bir parçası olaraq və bir növ əxlaqi vəzifə kimi xüsusilə Ramazan ayında Yəməndə atəşkəsin bərqərar edilməsi vacib bir məsələdiir.
Yəmən böhranı ilə bağlı müzakirələrin birinci dövrü ötən həftənin bazar ertəsi günü Cenevrədə start götürmüşdü. Bu iclas cümə günü heç bir nəticə əldə etməyərək, öz işini başa vurdu.