İyun 23, 2015 16:55 Asia/Baku
  • İŞİD Mosulda yüzlərlə iraqlı uşaqdan sui-istifadə edir
    İŞİD Mosulda yüzlərlə iraqlı uşaqdan sui-istifadə edir

İraqın İnsan Haqları Nazirliyi İraqda mindən artıq uşağın terror aktlarından onlardan istifadənin edilməsi məqsədi ilə İŞİD terrorçuları tərəfindən oğurlanmasından xəbər verib.

İraq İnformasiya Agentliyinin verdiyi məlumata görə, İraqın İnsan Haqları Nazirliyi bir bəyanat yayaraq, bildirib ki, İŞİD terrorçuları 1227 uşağı oğurlayaraq, onlara silahdan və partlayıcı maddələrdən istifadə qaydalarını öyrədir. Daha sonra bu uşaqlardan terror aktlarında istifadə olunur.
Bu uşaqlar Mosulun şərqində, Səlamiyə bazasında saxlanılırlar.
Bu bəyanatda iraqlı hüquq müdafiəçilərinə istinadla deyilir: oğurlanmış uşaqlar 9-15 yaş aralığına malikdirlər və son dərəcə çətin vəziyyət ilə üz-üzədirlər. İŞİD-in göstərişlərinə əməl etməyən uşaqlar ağır formada cəzalandırılırlar. Şallaq ilə döyülür və hətta cinsi təcavüzə məruz qalırlar.
Bu bəyanata görə, terrorçu qruplaşmalar həmçinin, Fəllucə şəhərinin tabeliyində olan Eynül-Frus məntəqəsi sakinlərindən 70 nəfərini oğurlayıblar.
İraqın Müdafiə Nazirliyi bildirir ki, təhlükəsizlik qüvvələri Fəllucə şəhərinin tabeliyində olan Qənatir məntəqəsinin yaxınlığında, içində 40 cəsəd olan kütləvi bir qəbir aşkar ediblər. Aşkar edilən cəsədlər əsasən təhlükəsizlik qüvvələrinə aiddir.

Teqlər