Türkiyə Böyük Millət Məclisində 21 hicablı qadın millət vəkili
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195163-türkiyə_böyük_millət_məclisində_21_hicablı_qadın_millət_vəkili_
Türkiyə tarixində ilk dəfə olaraq 21 hicablı qadın Parlamentə daxil olmağı bacarıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 24, 2015 15:08 Asia/Baku
  • Türkiyə Böyük Millət Məclisində 21 hicablı qadın millət vəkili
    Türkiyə Böyük Millət Məclisində 21 hicablı qadın millət vəkili

Türkiyə tarixində ilk dəfə olaraq 21 hicablı qadın Parlamentə daxil olmağı bacarıb.

İRNA-nın məlumatına görə, Türkiyə Parlamentinin yeni üzvlərinin inauqurasiya mərasimində 21 hicablı qadın millət vəkil də iştirak edib. Bu məlumata görə, 21 hicablı millət vəkilinin 18-i hakim Ədalət və İnkişaf Partiyasının üzvüdür. Digər 3 nəfər isə Halkların Demokratik Partiyasının üzvləridir.
Həmçinin, Türkiyə Parlamentində qadın millət vəkillərinin sayı da artaraq, 96 nəfərə çatıb. Halbuki, ötən illər ərzində Türkiyə Parlamentində hicablı qadınlar məhdudiyyətlərə malik idilər. O cümlədən hicablarını açmalı və ya Parlamentdən çıxarılmaq təhlükəsi ilə üz-üzə idilər.