İŞİD-in Kobaniyə hücumunda Türkiyənin izi
İyun 25, 2015 19:16 Asia/Baku
-
İŞİD-in Kobaniyə hücumunda Türkiyənin izi
Suriya kürdlərinin Demorkatik Birlik Hərəkatının sözçüsü İŞİD-in bu gün Kobanı şəhərinə olan hücumunun Türkiyə dövlətinin himayəsi ilə baş tutduğunu bildirib.
İRİB-nin məlumatına görə, Şəfan Xaburi "əl-Həds" telekanalına verdiyi müsahibədə deyib: İŞİD qruplaşması Təl Əbyəz və Əyn İsada ağır məğlubiyyətlər ilə üzləşməsinin ardınca Rəqqə şəhərindəki əsas bazasına qarşı təhlükə hiss etməyə başlayıb. Buna görə də İŞİD öz çirkin və köhnə üsullarından istifadə edərək, bomba quraşdırılmış avtomobillərdən istifadə edərək, terror aktlarının törədilməsinə əl atıb. Bomba quraşdırılmış avtomobil Türkiyə ərazisindən Kobani şəhərinin sərhəd məntəqəsinə daxil olub.Röyters xəbər agentliyi də bildirib ki, İŞİD terrorçuları Kobani şəhərinə hücum etmək üçün Türkiyə ərazisindən istifadə ediblər.
İŞİD terror qruplaşması qüvvələri bu gün cümə axşamı 3 istiqamətdən Kobani şəhərinə hücum ediblər. Bu məlumata görə, bu hücum və törədilən bir neçə partlayış nəticəsində 20 nəfər ölüb, 70 nəfər də yaralanıb.
Bu arada Suriya dövlət televiziyası bildirib ki, təkfirçi-terrorçu İŞİD qruplaşması ünsürlərinin Kobani şəhərinə hücumu Türkiyənin Milli İstihbarat Təşkilatının ahəngdarlığı ilə baş tutub.
Təl Əbyəz şəhərinin kürd qüvvələrin əlinə keçməsi İŞİD üçün ağır itki idi. Belə ki, bu terror qruplaşması Türkiyə ilə sərhəd məntəqədə yerləşən Təl Əbyəz şəhərindən bir növ gediş-gəliş və tədarükatın təmin edilməsi üçün bir baza kimi istifadə edirdi. Türkiyə isə İŞİD terrorçularının Kobaniyə hücum üçün bu ölkə ərazisindən istifadə etmələri barədə yayılan xəbərləri rədd edib.