İyun 27, 2015 15:37 Asia/Baku
  • Suriya terrorçulara dəstəyin dayandırılmasını tələb etdi
    Suriya terrorçulara dəstəyin dayandırılmasını tələb etdi

Suriya xarici işlər nazirinin müavini terrorçu qruplaşmaların maliyyə və silah cəhətindən dəstəklənməsinin dayandırılmasının vacibliyini vurğulayıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Suriya xarici işlər nazirinin müavini Feysəl Miqdad deyib: Suriya həmişə terrorçularla mübarizə aparıb və onların hərəkətlərinin genişlənməsi barəsində ərəb ölkələri və dünyaya xəbərdarlıq edib.
Miqdad bildirib: Terrorçular və onların hamilərinin vətən, din və etikaları yoxdur və onların dəstəklənməsinin müxtəlif formaları kəsilməlidir.
Küveyt və Tunisdəki terror aktlarına toxunan Miqdad deyib: Bu aktları törədən terrorçular, Türkiyə, İsrail, Səudiyyə ailəsi, ABŞ və bəzi Avropa ölkələri tərəfindən dəstəklənir. Qeyd olunan tərəflərin təşviq etdikləri terrorizm bir gün məcburən onların özünə qayıdacaq.
Suriya xarici işlər nazirinin müavini əlavə edib: Suriya Təhlükəsizlik Şurasına bir çox məktublar göndərərk terrorçuların hərəkətlərinin mənfi nəticələri barədə xəbərdarlıq edib. Dünya terrorçulara qarşı birləşmədiyi halda bütün dünya de-stabillik, kütləvi qırğınla dolu olacaqdır.

Teqlər