Ərəbistanın Suriyada müdaxiləsi ilə bağlı sənədlər ifşa olundu
İyun 27, 2015 16:02 Asia/Baku
Wikileaks-ın yeni sənədləri Ərəbistanın Suriyada hərbi müdaxiləsini ifşa edib.
Səhər Beynəlxalq Televiziyasının əl-Aləm xəbər telekanalına istinadla verdiyi məlumata görə, yenilərdə Ərəbistan Xarici İşlər Nazirliyinin gizli diplomatik sənədlərini yayımlayan Wikileaks saytı yeni məktubları ifşa edib ki, Ali-Səud rejiminin Suriyanın daxili məsələlərindəki müdaxiləsinin ölçüsünü bəyan edir.Bu məlumata görə, Wikileaks saytı "Azad Ordu" adlanan terror qruplaşmasının təsisçisi Riyaz əl-Əsəədlə Ali-Səud rejimi arasındakı məktubları yayımlayıb.
Riyaz əl-Əsəəd bu məktublarda Ərəbistanın Suriyada hərbi müdaxiləsi və "Azad Ordu" adlanan qruplaşmaya dəstəyini artırmasını istəyib.
Bu sənədlər Ərəbistanın Suriya böhranında müdaxilə etməməsi və Suriyadakı terrorçu qruplaşmalarla heç bir əlaqəsinin olmaması və yaxud onları silahlandırmaması barəsində Ali-Səudun yalanlarını üzə çıxarır.
Wikileaks-in sənədləri Ər-Riyadın həmişə təkzib etdiyi çoxlu gizli məsələlərin üstünü açıb.