İŞİD-in ötən bir ildə Mosul və Fəllucədəki cinayətləri
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195315-İŞİd_in_ötən_bir_ildə_mosul_və_fəllucədəki_cinayətləri
İraqda İŞİD terror qrupunun cinayətləri ilə bağlı gözətçi təşkilatı ötən bir ildə bu ölkənin Mosul və Fəllucə şəhərlərində yüzlərlə mülkinin öldürülməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 29, 2015 09:25 Asia/Baku
  • İŞİD-in ötən bir ildə Mosul və Fəllucədəki cinayətləri
    İŞİD-in ötən bir ildə Mosul və Fəllucədəki cinayətləri

İraqda İŞİD terror qrupunun cinayətləri ilə bağlı gözətçi təşkilatı ötən bir ildə bu ölkənin Mosul və Fəllucə şəhərlərində yüzlərlə mülkinin öldürülməsindən xəbər verib.

Əl-Aləm telekanalının məlumatına görə, İraqda İŞİD terror qrupunun cinayətləri ilə bağlı gözətçi təşkilatının sözçüsü Həsən Cihad İŞİD terror qrupunun ötən bir ildə Mosul və Fəllucədə 900 mülkini öldürdüyünü bildirərək, qeyd edib ki, İŞİD ünsürləri bu şəhərlərdə 60-dan çox dövlət təsisatını məhv və öz ev-eşiyindən didərgin düşmüş 4 mindən çox insanın mənzilini qarət ediblər.
Bununla bağlı, Suriya insan haqları qrupu adlandırılan qrup da dünən bildirib ki, ötən ilin 29 iyunundan bəri təkfirçi-terrorçu İŞİD qrupu tərəfindən 3027 edamın törədilməsini qeydə alıb.
Qərb və ABŞ ilə müttəfiq ölkələr tərəfindən yaradılmış təkfirçi-terrorçu İŞİD qrupu Suriya və İraqda hövlnak cinayətlər törədib.