İyun 30, 2015 09:02 Asia/Baku
  • Türkiyə qırıcıları Suriya sərhədində hazır vəziyyətdə
    Türkiyə qırıcıları Suriya sərhədində hazır vəziyyətdə

Türkiyə ordusu Suriya sərhədində öz qırıcı təyyarələri və hərbi bölmələrini tam hazır vəziyyətə gətirib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Türkiyə ordusunun Diyarbəkir vilayətindəki 2-ci hərbi bazası bazar ertəsi günü bu ölkə hökumətinin İŞİD terrorçularının təhdid etdiyi bölgələrdə təhlükəsizlik tədbirləri görməsinə dair müraciətniə əsasən, fövqəladə vəziyyəti elan edərək Suriya ilə sərhəddəki bütün hərbi bölmələrini hazır vəziyyətə gətirib.
Bu məlumata görə, Malatya və Batman vilayətlərindəki hava bazaları və Adana vilayətindəki İncirlik hava bazasında yerləşən qırıcı təyyarələr də Türkiyə ordusu baş komandanlığının göstərişinə əsasən tam təchizatla hazır vəziyyətə gətirilib.
Bəzi məlumatlara görə, Qaziantep vilayətində yerləşən zirehli bölmələr Suriya ilə sərhəd boyunca davamlı şəkildə reyd keçirib və bəzi bölmələr isə müəyyən məkanlarda yerləşiblər.
Qeyd edək ki, Türkiyə baş naziri Əhməd Davudoğlu ötən gün terrorçuların İraq və Suriyadan Türkiyə sərhədlərinə ehtimal olunan istənilən təcavüzü ilə qarşılaşmağı vurğulayıb.
Halbuki Türkiyə bəzi qərb və ərəb ölkələrinin köməyi ilə terror qruplaşmaları, xüsusilə də İŞİD-i maliyyə və silah baxımından dəstəkləyərək bölgədə de-stabilliyin artmasına şərait yaradıb.

Teqlər