Hələbdə 100 terrorçu öldürüldü
İyul 04, 2015 08:42 Asia/Baku
-
Hələbdə 100 terrorçu öldürüldü
Suriya ordusu qırıcı təyyarələrinin Hələb şəhərinə hücumlarında 100-dən çox təkfirçi terrorçu öldürülüb.
Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istinadlı məlumatına görə, Suriya ordusu qırıcı təyyarələri Hələb şəhərinin müxtəlif bölgələrində təkfirçi terrorçuların gizli məkanlarını bombardman ediblər.Suriya qırıcı təyyarələrinin Hələbə hücumlarında terrorçuların çoxlu sayda gizli məkanı və onlara aid silah-sursat anbarları məhv edilib.
Suriya qırıcı təyyarələrinin Hələbə hücumları terrorçuların bu şəhərdə hərbçilərin qərargahına raket atmalarından sonra baş verib. Terrorçuların raket hücumunda 6 sivil həlak olmuş, 87 nəfər isə yaralanmışdı.
Terrorçu qruplaşmalar 2011-ci ilin mart ayından Suriya quruluşunu devirmək və müqavimət mehvərini zəiflətmək məqsədilə Ərəbistan, Türkiyə, ABŞ və İsrail rejiminin dəstəyi ilə Suriyanın ərazilərini de-stabil vəziyyətlə üzləşdiriblər və dinc sakinləri qırğın etməklə öz nəhs məqsədlərini irəlilətməyə çalışırlar.