Türkiyədə koalisiya hökuməti üçün müzakirələr başlayır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195486-türkiyədə_koalisiya_hökuməti_üçün_müzakirələr_başlayır
Türkiyə baş naziri deyib: Türkiyədə koalisiya hökumətinin təşkil olunması məqsədilə partiyaların nümayəndələri ilə müzakirələr gələn həftə keçiriləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 04, 2015 04:15 Asia/Baku
  • Türkiyədə koalisiya hökuməti üçün müzakirələr başlayır
    Türkiyədə koalisiya hökuməti üçün müzakirələr başlayır

Türkiyə baş naziri deyib: Türkiyədə koalisiya hökumətinin təşkil olunması məqsədilə partiyaların nümayəndələri ilə müzakirələr gələn həftə keçiriləcək.

Səhər Beynəlxalq Televiziyasının Hürriyyət qəzetinə istinadla verdiyi məlumata görə, Türkiyə baş naziri Əhməd Davudoğlu şənbə günü əlavə edib: Partiyaların nümayəndələri ilə görüşlər üçün şəraitin yaradılması, eləcə də bu müzakirələrin keçirilməsi ilə tezliklə koalisiya hökuməti təşkil olunacaq.
Ədalət və İnkişaf partiyası 7 iyun parlament seçkilərində Türkiyə parlamentində lazımi yerləri əldə edə biləcəyinə ümid bəsləyirdi. Belə ki, konstitusiyanı bu ölkədə siyasi üsul idarəni prezident üsul idarəsinə dəyişmək məqsədilə islah edə bilsin. Halbuki AKP bu məqsədi əldə edə bilmədi. Üstəlik hökumətin təşkili üzrə lazımi sayı da qazan bilmədi. Və hazırda başqa bir partiya ilə koalisiyaya ehtiyaclıdır.