Liberman sionist rejimin müqavimət döyüşçüləri qarşısındakı zəifliyini etiraf edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195534-liberman_sionist_rejimin_müqavimət_döyüşçüləri_qarşısındakı_zəifliyini_etiraf_edib
Sionist rejimin bir partiya təmsilçisi bu rejimin yeni nazirlər kabinetinə hücum edərək, deyib ki, İsrail rejimi öz önləyicilik qüdrətini itiribdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 05, 2015 10:55 Asia/Baku
  •  Aviqdor Liberman
    Aviqdor Liberman

Sionist rejimin bir partiya təmsilçisi bu rejimin yeni nazirlər kabinetinə hücum edərək, deyib ki, İsrail rejimi öz önləyicilik qüdrətini itiribdir.

Fələstinin Səma xəbər agentliyinin məlumatına görə, sionist rejimin sabiq xarici işlər naziri Aviqdor Liberman şənbə günü İsrail rejiminin öz önləyicilik qüdrətini itirdiyini boyun alaraq, deyib ki, bu məsələ İsrailin maraqlarına zərbənin dəyməsinə və onun dırnaqarası legitimliyinin itirilməsinə səbəb olub.
Liberman bildirib ki, sionist rejimin hazırkı ordusu və dövləti Həmas daxil olmaqla fələstinli qrupların qarşısında zəifləyib və onlarla qarşılaşma taqətinə malik deyil.
Sionist rejimin sabiq xarici işlər naziri bu rejimin ötən yayda Qəzzəyə olmuş hücumlarında Həmas-a zərbə vurmaqda aciz qalmasına işarə edərək, vurğulayıb: Mən İsrailin baş naziri Netanyahuya dedim ki, hədəf təyin edilmədən aparılan savaş mənasızdır və əgər bir qrupu məhv edə bilmiriksə, ona qarşı savaşa başlamamalıyıq.
İsrail rejimi ordusunun ötən yayda mühasirə olunmuş Qəzzəyə qarşı hücumlarında bu məntəqə əhalisindən minlərlə nəfər şəhid oldu və ya yaralandı, həmçinin bu məntəqənin infrastrukturlarına milyardlarla dollar zərər dəydi.