İraq prezidenti Bədr təşkilatının terrorizm qarşısındakı rolunu dəstəkləyib
İyul 05, 2015 17:18 Asia/Baku
-
İraq prezidenti Bədr təşkilatının terrorizm qarşısındakı rolunu dəstəkləyib
İraq prezidenti və parlament sədri Bədr təşkilatının terror qrupları qarşısındakı rolunu yüksək dəyərləndirib.
Əliraqiyyə telekanalının məlumatına görə, İraq prezidenti Fuad Məsum bu gün İraqın paytaxtı Bağdadda Bədr təşkilatının təsis olunmasının otuz dördüncü ildönümü günü mərasimində deyib ki, İraq dövləti Bədr təşkilatının terrorçu İŞİD qrupu ilə mübarizə və İraqın müdafiəsində xalq könüllü qüvvələri formasındakı roluna hörmətlə yanaşır.Fuad Məsum vurğulayıb ki, bütün iraqlı qrupların bütün sahələrdə, xüsusən terrorizmlə mübarizədə həmkarlığı, İraqdakı hazırkı çətin şəraiti real dərketmənin nişanəsidir.
İraq parlamentinin sədri Səlim Əlcəburi də bu mərasimdə Bədr təşkilatının terrorizmlə mübarizədəki rolunu yüksək dəyərləndirərək, deyib ki, terrorizmin qüdrəti onun vəhşiliyi və qaniçənliyindədir, amma İraq xalqı terrorizm qarşısında sülh, qardaşlıq, məhəbbət və vəhdətini qorumalıdır.
İraqda Bədr təşkilatının sədri Hadi Əlamiri də bu mərasimdə bildirib ki, xalq qüvvələri bu ölkənin silahlı qüvvələrinin baş komandanlığının nəzarəti altında hərəkət edirlər və bu qüvvələrin bütün hərbi əməliyyatları İraq silahlı qüvvələrinin baş komandanlığının razılığı ilə həyata keçirilir.