İyul 06, 2015 19:42 Asia/Baku
  • İŞİD Bağdada uzaqmənzilli raket atdı
    İŞİD Bağdada uzaqmənzilli raket atdı

İraqın təhlükəsizlik dairələri İŞİD terror qruplaşmasının paytaxt Bağdada uzaq mənzilli Skad raketi atdığını bildiriblər.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İraqın təhlükəsizlik dairələri bildiriblər: Bu gün İŞİD-in terror qruplaşmasının Bağdadın şərqində əl-Nəiriyyə yaşayış massivinə atdığı Skad raketinin partlaması nəticəsində 14 nəfər həlak olub 10 nəfər də yaralanıb.
Bu ilk dəfədir ki, İŞİD İraq şəhərlərinə qarşı uzaqmənzilli Skad raketindən istifadə edir.
İraqdan əldə olunan digər məlumata görə, bu gün Bağdadda 3 terror aktı törədilib. Nəticədə 24 nəfər həlak olub və yaralanıb.

Teqlər