Bəhreyn parlamenti münafiqlər qaragüruhu ilə həmrəyliyini elan edib
İyul 07, 2015 12:52 Asia/Baku
Bəhreyn parlamenti münafiqlər qaragüruhu ilə həmrəyliyini elan edib.
Bəhreynin Əllolo telekanalının internet portalı bu gün bir reportajda Bəhreyn parlamentinin üzvü Camal Buhəsənin Parisdə terrorçu münafiqlər qaragüruhunun iclasında iştirak etməsinə toxunaraq, yazıb ki, o, Ali-Xəlifə rejiminin dəstəyi ilə bu ölkə parlamentinin mesajını həmin terror qaragüruhunun üzvlərinə çatdırıbdır.Bundan öncə də Bəhreyn parlamentinin üzvü Əbdulhəkim Əlşimri terrorçu münafiqlər qaragüruhunun başçılarından birinə məktubda parlament üzvlərinin bu cinayətkar qaragüruhla həmrəyliyini elan etmişdi.
Əlşimri 2014-cü ilin iyulunda keçirilmiş bir şam mərasimi ilə bağlı filmdə terrorçu münafiqlər qaragüruhunu tərifləyibdir. Bu bəhreynli nümayəndənin münafiqləri himayə üzrə qəribə hərəkəti elə bir haldadır ki, bu terrorçu qruplaşma İran xalqına qarşı bir çox cinayət törətməkdən əlavə, İraqda Səddam Hüseynin diktatorluğu dövründə İraq xalqına qarşı bir çox cinayət işləmişdi.
Terrorçu münafiqlər qaragüruhunun cinayətəri barədə mötəbər sənəd və faktların olmasına rəğmən, ABŞ ötən il bu cinayətkar qruplaşmanı terror qrupları siyahısından çıxardı.