Bəhreyndə insan haqları müdafiəçilərinin ağır durumu
İyul 07, 2015 19:22 Asia/Baku
İnsan Haqları Orqanlarının Beynəlxalq Federasiyasının Bəhreynə göndərilmiş heyəti Bəhreyndə insan haqları müdafiəçilərinin ağır durumundan xəbər verib.
Mərat Əlbəhrəyn xəbər portalının məlumatına görə, cari milad il aprelin 10-u ilə 15-i arasında İnsan Haqları Orqanlarının Beynəlxalq Federasiyası tərəfindən Bəhreynə göndərilmiş heyət öz hesabatında Bəhreyndə insan haqları müdafiəçilərinin vətəndaşlıqlarının ləğv olunması, həbs edilmələri və işgəncə olunmalarını pisləyərək, bildirib ki, bu ölkənin insan haqları orqanları və şəxsiyyətləri bir çox problemlə üzləşirlər.İnsan Haqları Orqanlarının Beynəlxalq Federasiyası tərəfindən Bəhreynə göndərilmiş heyət öz hesabatında Bəhreynin məhkəmə aparatının bəhreynli müxaliflərin yatırdılmasında bu ölkədəki rejimlə əməkdaşlıq üzrə rolunu tənqid edərək, vurğulayıb ki, Bəhreynin məhkəmə aparatı qanundan sui-istifadə edərək, bu ölkə xalqının dinc toplanışlarını və söz azadlığını repressiya edir.
İnsan Haqları Orqanlarının Beynəlxalq Federasiyası tərəfindən Bəhreynə göndərilmiş bu heyət öz hesabatında vəkillər, müəllimlər, həkimlər və media mənsubları arasından on bir insan haqları müdafiəçisinin vəziyyətini sənədləşdiribdir ki, onların hamısı ilə həbs, işgəncə və vətəndaşlığın ləğvi metodu ilə pis rəftar edilibdir.
İşgəncə ilə Mübarizə Ümumdünya Təşkilatının baş katibi Gerald Stabruk bildirib ki, Bəhreyn rejiminin insan haqları barədəki iddialarını kənara qoyaraq, Bəhreyndə beynəlxalq öhdəliklərə əsasən, real islahatlar həyata keçirməsinin vaxtı çatıbdır.