İraqlı qüvvələrin Ələnbarda terrorçulara qarşı əməliyyatı davam edir
İyul 09, 2015 10:24 Asia/Baku
-
İraqlı qüvvələrin Ələnbarda terrorçulara qarşı əməliyyatı davam edir
İraq ordusu xalq qüvvələrini dəstəkləyərək, Fəllucə şəhərinin şimal məhəlllərindən birini İŞİD-in işğalından azad edib.
İraqda Vaa xəbər agentliyiinin məlumatına görə, İraqın Müdafiə Nazirliyi dünən gecə bir bəyanatda bildirib ki, ordu qüvvələri xalq qüvvələrinin himayəsi ilə Fəllucənin şimalındakı Zəqlaviyyə şəhərinin Əlfəni məhəlləsini İŞİD-in işğalından azad ediblər.Həmçinin Ələnbar vilayətinin əməliyyat komandiri Qasim Muhəmmədi bildirib ki, təhlükəszilik qüvvələrinin terrorçuların Ərrəmadi ilə Fəllucə arasındakı əlaqə və sursatdaşıma yollarını kəsmək üzrə hərbi əməliyyatı davam edir.
Fəllucə İŞİD-in mühüm və ən böyük sığınacaqlarından biri və Ələnbar vilayətindəki əsas qərargahıdır. Ordu bu şəhərin Ərrəmadi ilə əlaqə yolunu kəsərək, bu vilayətin terrorçuların işğalından tam şəkildə azad edilməsi üçün lazımi tədbirlər görməyə çalışır.