Vikiliks-in Suriyaya qarşı çoxtərəfli fitnələr barədə yeni sənədləri
İyul 09, 2015 14:58 Asia/Baku
-
Vikiliks-in Suriyaya qarşı çoxtərəfli fitnələr barədə yeni sənədləri
Vikiliksin yeni sənədləri Ərəbistan, Qətər, İordaniya, Amerika və sionist rejimin Suriya dövlətini devirmək üzrə fitnələrindən söz açır.
IRIB-nin məlumatına görə, yeni sənədlər İsrailin suriyalı müxaliflərlə anlaşması və həmkarlığından söz açır və bu arada Suriya işi ilə bağlı İsrail ilə əlaqədə olmuş bir neçə livanlı və suriyalı şəxsiyyətin adı ifşa olunub. Hakerlər Hizbullah-ın şəxsiyyətləri və mərkəzlərindən sionist rejimə informasiyanın verilməsi sahəsində fəaliyyət göstərən bəzi livanlı şəxsiyyətlər və Suriya hökuməti ilə müxalif şəxsiyyətlər arasında ahəngdarlıq ilə bağlı sirli sənədlər, telefon nömrələri, söhbətlər və dosyaları əldə etməyə müvəffəq olublar.Bu dosyaların birində sionist rejimin baş nazir ofisinin işçilərindən olan Mendi Səfdinin livanlı və suriyalı muzdurları xidmətə götürməsi, koalisiya tərəfindən bombalanması üçün bəzi mövqelərin müəyyənləşməsi və bu haqda məlumatın verilməsi, eləcə də müxalif qruplara silahın verilməsi üçün onlarla koordinasiyanın yaradılması ifşa olunub.
Həmçinin İŞİD komandirlərindən birinin sionist düşmənlə əlaqəsi bu sənədlərdə ifşa edilibdir.
Bu sənədlərə əsasən, Suriya və İordaniya vasitəsilə bu silah sazişinin nəticəyə çatdırılması üçün suriyalı tərəflərdən biri ilə sionist tərəf arasında razılaşma əldə olunub.
Mendinin işlərinin araşdırılması ondan xəbər verir ki, suriyalı silahlı qrupların maliyyə məsələlərinin ən əsas təminediciləri Qətər və Ərəbistandan olublar.
Belə bir halda, Üsamə Əlhər adlı bir Suriya vətəndaşı Suriyanın şimalında silah müqavilələrinin koordinasiya işini görürmüş və Umm İbad adlı bir qadın da silah müqavilələri xəttində fəaliyyət göstərirmiş.