İŞİD-ə qoşulan dünya çempionu öldürüldü
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195690-İŞİd_ə_qoşulan_dünya_çempionu_öldürüldü
Suriyada tay boksu üzrə ikiqat dünya çempionu Valdet Qaşi öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 09, 2015 12:17 Asia/Baku
  • İŞİD-ə qoşulan dünya çempionu öldürüldü
    İŞİD-ə qoşulan dünya çempionu öldürüldü

Suriyada tay boksu üzrə ikiqat dünya çempionu Valdet Qaşi öldürülüb.

Səhər telekanalının medialara istinadlı məlumatına görə, o, “İŞİD” terrorçu qruplaşmasının tərkibində döyüşürmüş.

Çempionun ailə üzvlərinin sözlərinə görə, Qaşi iyulun 4-də, naməlum şəraitdə vurulub.

İŞİD-in tərkibində idmançı Suriya-Türkiyə sərhədində patrulla məşğul olub.

İyunun ortalarında Qaşi İŞİD-ə qoşulduğunu etiraf etmişdi. Almaniyadan olan idmançı aprel və may aylarında Tailandda təlim-məşq toplanışı keçməli idi, lakin bunun əvəzinə, Suriyaya gələrək terrorçulara qoşulmuşdu.