Ərəbistanın Qüds günündə Yəmənə hücumları İslam dünyası üçün utandırıcı haldır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195724-Ərəbistanın_qüds_günündə_yəmənə_hücumları_İslam_dünyası_üçün_utandırıcı_haldır
İran İslam Respublikası xarici işlər nazirinin müavini Ərəbistanın Yəmənin müdafiəsiz xalqına qarşı hücumlarının Ümumdünya Qüds günündə davam etməsini İslam və ərəb dünyası üçün utandırıcı hal adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 11, 2015 04:42 Asia/Baku
  • Ərəbistanın Qüds günündə Yəmənə hücumları İslam dünyası üçün utandırıcı haldır
    Ərəbistanın Qüds günündə Yəmənə hücumları İslam dünyası üçün utandırıcı haldır

İran İslam Respublikası xarici işlər nazirinin müavini Ərəbistanın Yəmənin müdafiəsiz xalqına qarşı hücumlarının Ümumdünya Qüds günündə davam etməsini İslam və ərəb dünyası üçün utandırıcı hal adlandırıb.

İran İslam Respublikası xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini Hüseyn Əmir Əbdollahiyan dünən İranın ISNA xəbər agentliyi ilə müsahibədə Ərəbistanın Yəmənin müdafiəsiz xalqına qarşı hücumlarının Ümumdünya Qüds günündə davam etməsini tənqid edərək, deyib: Terrorizm və sionizm bir sikkənin iki üzüdür və ifratçı və terrorçu cərəyanların əsas tapşırıqları, sionist rejimə qarşı müqavimət mehvərinin məhvi və islami ölkələrin sərmayələrinin talan edilməsidir.
İran İslam Respublikası xarici işlər nazirinin müavini vurğulayıb ki, Amerika və Avropanın terrorizmdən bir vasitə kimi istifadə üzrə ikili rəftarları İsrail rejiminin cinayətlərinin güclənməsi və regionun daha artıq təhlükəli olması amili hesab olunur.