İraqın qərbində yüzlərlə İŞİD terrorçusu öldürülüb
İyul 12, 2015 09:55 Asia/Baku
-
İraqın qərbində yüzlərlə İŞİD terrorçusu öldürülüb
İraq ordusu və xalq qüvvələri müştərək əməliyyat komandanlığı bu ölkənin qərbində İŞİD terror qruplaşmasının 270-dən çox ünsürününün öldürüldüyünü bildirib.
Səhər Beynəlxalq Televiziyasının Misirin əl-Youm əl-Sabe xəbər portalına istinadla verdiyi məlumata görə, İraq qüvvələri müştərək əməliyyat komandanlığı bildirib: İraq qırıcı təyyarələrinin Suriyadan İraqa daxil olan İŞİD terrorçularının karvanı və yerləşdiyi məkanları vurması nəticəsində 276 terrorçu öldürülüb.Öldürülənlərin əksəriyyətə ərəb və qərb ölkələrinin vətəndaşlarıdır və onlar arasında bir çox İŞİD başçısı müşahidə olunur.
Bu əməliyyatda həmçinin təlim və avtomobillərə bomba quraşdırılması məkanları da hədəfə alınıb.