İyul 12, 2015 13:15 Asia/Baku
  • Sionist rejim Qəzzə xəstəxanalarını hədəfə aldığını etiraf edib
    Sionist rejim Qəzzə xəstəxanalarını hədəfə aldığını etiraf edib

Sionist rejim ordusu ötən il Qəzzə zolağına 50 günlük hücumlarda bu zolağın xəstəxanalarını hədəfə aldığını etiraf edib.

Səhər Beynəlxalq Televiziyasının Fələstin İnformasiya Mərkəzinə istinadla verdiyi məlumata görə, 50 günlük müharibədə iştirak etmiş sionist rejim ordusunun bir zabitindən əldə olunan araşdırmanın nəticəsi onun öz tabeliyində olan qüvvələrə müqavimətdən intiqam almaq məqsədilə Qəzzə zolağının şimalında Şücaiyyə məhəlləsində xəstəxananı bombardman və yerlə-yeksan etmək əmri verdiyini göstərir. Çünki bu qüvvələrin hərbçilərindən biri bu bölgədə müqavimətlə toqquşmada öldürülmüşdü.
BMT-nin Faktaraşdırıcı Komitəsi iki həftə öncə bir hesabat yayaraq sionist rejimi ötən il Qəzzə zolağına qarşı 50 günlük hücumlar zamanı müharibə cinayətləri törətməkdə suçlayıb.
Sionist rejimin 2014-cü ildə Qəzzə zolağına qarşı 50 günlük hücumunda 2300-dən çox fələstinli şəhid olub, 11 mindən çox insan yaralanıb.

Teqlər