Hələbdə onlarla İŞİD-çi öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195848-hələbdə_onlarla_İŞİd_çi_öldürülüb
Suriya ordusunun hava hücumları nəticəsində ölkənin şimal-qərbində yerləşən Hələb vilayətində çoxlu sayda İŞİD terrorçusu öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 14, 2015 05:37 Asia/Baku
  • Hələbdə onlarla İŞİD-çi öldürülüb
    Hələbdə onlarla İŞİD-çi öldürülüb

Suriya ordusunun hava hücumları nəticəsində ölkənin şimal-qərbində yerləşən Hələb vilayətində çoxlu sayda İŞİD terrorçusu öldürülüb.

Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Suriya xəbər dairələri bildiriblər ki, bazar ertəsi günü Suriya ordusu helikopterləri İŞİD terror qruplaşmasının Hələb vilayətinin əl-Bab şəhərindəki mövqelərini bombalayıblar. Nəticədə 23 terrorçu öldürülüb.
Bu məlumata görə, ötən şənbə günü də Suriya hərbi helikopterlərinin əl-Bab şəhərində İŞİD-in mövqelərinə hücumunda 34 terrorçu öldürülmüşdü.