İraqın şimalındakı terror hücumlarında onlarla nəfər ölüb və yaralanıb
İyul 15, 2015 18:28 Asia/Baku
İraqdakı terror hərəkətlərinin davamında bu ölkənin 20 təhlükəsizlik qüvvəsi ölüb və ya yaralanıb.
Bərasa xəbər agentliyinin məlumatına görə, bu gün bomba qoyulmuş bir avtomobilin sərnişini təhlükəsizlik qüvvələrinin Səlahəddin vilayətinin Bici şəhərinin mərkəzində toplaşdıqları məkanı hədəfə alıb.Bu terror əməliyyatından əlavə, bu məntəqə bomba qoyulmuş bir evin zərərsizləşdirilməsi əməliyyatından irəli gələn partlayışın şahidi olmuşdu. Bu partlayışlar azı iyirmi təhlükəsizlik qüvvəsinin ölüb və ya yaralanması ilə nəticələnib.
Digər tərəfdən, İraqın şərqindəki Diyalə vilayətində yerləşən Miqdadiyyə Şəhər Şurasının sədri Ədnan Əltəmimi bildirib ki, könüllü xalq qüvvələri İŞİD terrorçularının Miqdadiyyənin şimalındakı kəndlərə qarşı işğalçılıq hücumlarının qarşısını alıblar.
Əltəmimi bir mətbuat konfransında bu kəndlərin sakinlərinin geniş surətdə kəndləri tərk etmələri haqda xəbərdarlıq edərək, İraq dövlətindən istəyibdir ki, bu məntəqədə yeni insan faciəsinin qarşısını alsın.