İyul 16, 2015 09:10 Asia/Baku
  • Fəllucədə İŞİD-ə son yardım yoluu bağlandı
    Fəllucədə İŞİD-ə son yardım yoluu bağlandı

İraq qüvvələri əl-Anbar vilayətinin azad olunması əməliyyatının davamında Fəllucə ilə əl-Kərəmə arasında İŞİD-ə sonuncu dəstək yolunun qarşısını alıblar.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, əməliyyat bölgəsindən əldə olunan məlumatlara görə, xalq qüvvələri Fəllucədə irəliləmələrinin davamında bu şəhərlə əl-Kərəmə arasında İŞİD-ə dəstək üzrə son yolu bağlayıblar.
Əl-Kərəmə Fəllucə şəhərində İŞİD terrorçuları üçün strateji dəyərli bir qala deməkdir və bu qruplaşma bu şəhər vasitəsi ilə dəstəklənirdi.
Məlumatlara görə, xalq qüvvələri Fəllucə şəhərinin bir hissəsinə daxil olaraq döyüşləri şəhəri daxilinə çəkiblər.
Bu arada İraq xalq qüvvələri komandanının əvəzi Əbu Mehdi əl-Mühəndis deyib: İŞİD-in sivillərdən insan sipəri olaraq istifadə etməklə İraq qüvvələrinin irəliləməsinin ləngitməsinə baxmayaraq, müharibə davam edəcək və İŞİD-in əl-Anbardakı yuvaları dağıdılacaqdır.
Əl-Mühəndis İŞİD-in bölgə şəhərlərində sivilləri girov götürdüyünə toxunaraq deyib: Bölgədəki insanları xilas etməyin prioritet olduğunu nəzərə alaraq İraq qüvvələri sürətlə irəliləyə bilmirlər.

Teqlər