Türkiyədə koalisiya hökumətinin təşkili üçün müzakirənin ilk turu sona çatıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195934-türkiyədə_koalisiya_hökumətinin_təşkili_üçün_müzakirənin_ilk_turu_sona_çatıb
Ədalət və İnkişaf partiyaının sədri Əhməd Davudoğlunun parlamentdə yer qazanan partiyaların sədrləri ilə koalisiya hökumətinin təşkili üzrə müzakirələrinin ilk turu sona çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 16, 2015 11:57 Asia/Baku
  • Türkiyədə koalisiya hökumətinin təşkili üçün müzakirənin ilk turu sona çatıb
    Türkiyədə koalisiya hökumətinin təşkili üçün müzakirənin ilk turu sona çatıb

Ədalət və İnkişaf partiyaının sədri Əhməd Davudoğlunun parlamentdə yer qazanan partiyaların sədrləri ilə koalisiya hökumətinin təşkili üzrə müzakirələrinin ilk turu sona çatıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, bu müzakirələrin 2-ci turu Fitr bayramı istirahət günlərindən sonra davam edəcək.
Davudoğlu müzakirələrin ilk turunda ötən iki gündə CHP lideri Kamal Qılıçdaroğlu, MHP sədri Dövlət Bağçalı və HDP sədri Səlahəddin Dəmirtaşla görüşüb.
Davudoğlu ötən gecə televiziya proqramında deyib: Müzakirələrin ilk turunda MHP koalisiyanın qapılarını bağladı və proqnoz olunur ki, koalisiya üçün ən yaxın partiya CHP olsun.
Davudoğlu Nazirlər Kabinetinin sabiq dörd nazirinin korrupsiya məsələsinin partiyalar tərəfindən irəli sürülən məsələlərin başında durmamasını bildirərək əlavə edib: Hökumətin təşkilini ön planda saxlamaq partiyaların prioritetində duran əsas məsələ olmalıdır.